Bakıda nazirliyin qurumu qarət edildi

12:17 - 4 Oktyabr 2021

Bakıda nazirliyin qurumu qarət edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Bakı şəhəri üzrə 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) oğurluq hadisəsi baş verib.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə TSEK-in paytaxtın Nərimanov rayonu ərazisində yerləşləşən binasında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər TSEK-ə məxsus bir neçə kompüter və printeri oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin