İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR/VİDEO

09:40 - 12 Dekabr 2023

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR/VİDEO

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.



Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin