Nazir yunanıstanlı həmkarı ilə danışıqlar apardı

23:13 - 11 Dekabr 2023

Nazir yunanıstanlı həmkarı ilə danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı Giorgos Gerapetritislə görüşüb.

 

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.

Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin