Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır - Nazir

20:40 - 11 Dekabr 2023

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır - Nazir

Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır.

 

Manset.az Trend-ə istinadən bildirir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda (BƏƏ) keçirilən COP28 konfransı zamanı deyib.

"Mən Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməyə hazır olduğunu elan etməkdən məmnunam. Zəngin mədəni irsi və dinamik enerjisi ilə Azərbaycan dövrümüzün aktual çağırışlarını həll etmək üçün dünya ictimaiyyətinin yenidən bir araya gəlməsi üçün düzgün platforma olacaq", - o deyib.

Babayev COP-ın hazırkı sədrinə COP28 zamanı rəhbərlik və göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

"Biz Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə sıx əməkdaşlığa sadiqik ki, bu da hamar keçidi və ortaq səylərimizin davamlılığını təmin etsin. Biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş qlobal cavabın vacibliyini dərk edirik və birgə təşəbbüslər vasitəsilə təsirimizi artırmağa və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyə çalışırıq", - nazir deyib.


Xəbər xətti

8 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin