QAİ nümayəndəsi BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşdü

19:17 - 11 Dekabr 2023

QAİ nümayəndəsi BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı ilə görüşdü

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyi sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü münasibətilə dekabrın 11-12-də İsveçrənin Cenevrə şəhərində keçirilən yüksək səviyyəli tədbirdə İcmanı təmsil edir.

 

Manset.az xəbər verir ki, tədbir çərçisində Kamal Cəfərov BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türklə görüşüb. 

K.Cəfərov bildirir ki, Qərbi Azərbaycanlıların hüquqlarına qarşı açıq-aşkar etinasızlıq beynəlxalq ictimaiyyətin təcili və qətiyyətli cavabını tələb edir. Bizim geri qayıtmaq və Ermənistanda sərbəst hərəkət etmək hüququmuzun bərpası ümumbəşəri insan hüquqları və ədalət prinsiplərə hörmətin ən vacib şərtdir. 

Qərbi Azərbaycanlıların hüquqlarının bərpası üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir. 

Biz hesab edirik ki, bizim geri qayıtmaq hüququmuzun təmin edilməsi sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır. 

Bununla əlaqədar olaraq bu sahədə mandat sahibi olan bütün beynəlxalq təşkilatları adekvat, ədalətli və həssas olmağa çağırırıq.
 


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin