Tayvanın Tainan şəhərində bel ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 20 yaşlı Xiao Yu-nun böyrəklərindən 300-dən çox böyrək daşı çıxarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yu təcili cərrahiyyə əməliyyatına alınıb.
Uğurlu əməliyyatdan sonra Yu-nun böyrəklərindən 0,5-2 sm ölçüdə 300-dən çox böyrək daşı çıxarılıb.
Əməliyyatın aparıldığı Chi Mei Xəstəxanasından verilən açıqlamada Yu-nun su içməyi sevmədiyi, yalnız şəkərli içkilər və çay qəbul etdiyi bildirilib.
Chi Mei Xəstəxanasının həkimləri Xiao Yu-nun yemək vərdişlərinin pis olduğunu vurğulayıb.
Digər tərəfdən, Chi Mei Xəstəxanasının Uroloqu Lin Tsai-yang qeyd edib ki, Tayvanda kişilərin yüzdə 14,9-u və qadınların yüzdə 4,3-ü böyrək daşı inkişaf etdirmə ehtimalı var.
Əfsanə
Manşet.az