Azərbaycanın ilk Ombudsmanı, professor Elmira Süleymanovanın koronavirusa yoluxması ilə bağlı məlumatlar yayılıb.
Manset.az yayılan xəbərlə bağlı eks Ombudsman Elmira Süleymanova ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib.
"Belə məlumatlar hardan çıxır, hardan yayılır. Mən hal-hazırda işdəyəm. İşdə olan adam koronavirus ola bilər? Kiminsə ağlına gəlib yazıb..Heç bir problemim yoxdur. İşdəyəm, koronavirus da deyiləm."