Renat penaltidən yararlana bilmədi: komandası uduzdu

00:00 - 11 Dekabr 2023

Renat penaltidən yararlana bilmədi: komandası uduzdu

Türkiyə çempionatında 15-ci turun oyunları keçirilir.

 

Manset.az xəbər verir ki, Azərbayca millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Başakşehir"in qonağı olub. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 11-ci dəqiqədə Mehdi Abeid vurub.

Renat meydana start heyətdə çıxıb və sonadık oynayıb. O, 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib.

Qeyd edək ki, "Hatayspor" hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin