Malayziyalı iş adamının Parisin mərkəzindəki "Ritz" otelindəki otağından brilyant üzüyü itib.
Manset.az lent.az-a istinadən bildirir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
İş adamının sözlərinə görə, üzüyün dəyəri 750 min avrodur (təqribən 1,4 milyon manat). Zərərçəkmiş iddia edir ki, o, alış-verişə gedən zaman üzüyü otağındakı stolun üzərinə qoyub və qayıdarkən onu tapmayıb.
Daha sonra o, polisə müraciət edib. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Bütün mümkün versiyalar, o cümlədən otel işçilərindən birinin oğurlamaq ehtimalı da nəzərdən keçirilir.