"Neftçi"dən getmək istəmirəm"

01:02 - 11 Dekabr 2023

"Neftçi"nin futbolçusu Ervin Koffi Misli Premyer Liqasının 16-cı turunda "Turan Tovuz"a 3:2 hesabı qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

 

Manset.az-ın məlumatına görə, o, QOL.az saytına açıqlamasında qələbə qazandıqları üçün şad olduğunu deyib: "Fikrimcə, yaxşı oyun idi, çünki qalib gəldik. Hər gün buna görə çalışırıq. İki qol buraxsaq da, 3-cü yerə qayıda bildik, buna görə şadam."

Sağ cinah müdafiəçisi gələcək planları haqqında da danışıb: "Mən buradayam və burada olmağıma xoşbəxtəm. Başqa yerə getmək istəmirəm. Düşünürəm ki, yaxşı komandamız var və hər gün daha da yaxşı olmağa çalışırıq."


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin