"Dağlıq Qarabağ"ın ləğvi qaçılmaz idi - PAŞİNYAN

21:00 - 10 Dekabr 2023

\"Dağlıq Qarabağ\"ın ləğvi qaçılmaz idi - PAŞİNYAN

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaradılmış qondarma qurumun ləğvinin və bu ərazilərin Azərbaycana verilməsinin qaçılmaz olduğunu bildirib.

 

Manset.az  xəbər verir ki, bu barədə o, hakim partiyanın iclasında danışıb.

“Bizə miras qalan danışıqlar şəraitində hadisələrin qaçılmaz gedişatı təkcə ərazilərin təhvil verilməsi deyil, həm də Dağlıq Qarabağda yaradılmış dövlət nizamının ləğvi olub”, - deyə Paşinyan təşəbbüs qrupunun iclasında bildirib. 

Baş nazir deyib ki, Ermənistan 30 ildir ki, həll olunmayan problemə vəsait sərf edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv