Esra Gezginci Şuşada mükafatlandırıldı - FOTOLAR

20:12 - 10 Dekabr 2023

Esra Gezginci Şuşada mükafatlandırıldı - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

 

Manset.az-ın məlumatına görə, mərasimdə TÜRKSOY Media Mükafatı təqdim olunub.

Mükafatın təqdim edildiyi jurnalistlərdən biri də "Esrarengiz Azərbaycan" proqramın müəllifi və aparıcısı Esra Gezginci olub.

Azərbaycana həsr olunan proqramda paytaxt Bakıdan başlayan çəkiliş ölkənin digər bölgələrində davam etdirilib. Verilişin çəkilişi zamanı Qarabağa səfər təşkil olunub.

Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv