Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

21:20 - 09 Dekabr 2023

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürdü

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonunun Udulu kəndində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobil yolda iki nəfəri vurub.

Onlardan biri yüngül xəsarət alsa da, digər piyada - Udulu kənd sakini, 2005-ci il təvəllüdlü Qocayev Pünhan Ehtiram oğlu aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv