Abşeronda yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

22:05 - 09 Dekabr 2023

Abşeronda yol qəzasında ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Abşeronda yol-nəqliyyat hadisəsi zaman ölən şəxsin kimliyi məlum olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, "KİA" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü 1967-ci il təvəllüdlü Hidayət Cəmil oğlu Mehdizadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

20:20

Bakı-Sumqayıt yolunda “Kia” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub, sürücülərdən biri hadisə yerində ölüb.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi yaxınlığında baş verib.

Sürətlə gələn iki avtomobil toqquşub, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Fakt araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv