Cəlilabadda yol qəzası oldu - İki qadın xəsarət aldı

19:46 - 09 Dekabr 2023

Cəlilabadda yol qəzası oldu - İki qadın xəsarət aldı

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Sumqayıt şəhər sakinləri, 1968-ci il təvəllüdlü Diləfruz Mirzəyeva və 1952-ci il təvəllüdlü Təyibə Səmədovadır.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv