İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
23:19 - 3 Oktyabr 2021
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun cinayət işi üzrə məhkəmə istintaq başlayıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sdərliyi ilə baş tutur.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qətl hadisəsi bu il iyunun 6-sı saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.
Svetlana Məmmədova bıçaqlanaraq qətlə yetirilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı R.Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Ramil Rəhmanov həyat yoldaşından boşandıqdan sonra Svetlana Məmmədova ilə yaşamağa başlayıb. Daha sonra onlar arasında qısqanclıq zəminində münasibətlər pozulub.
R.Rəhmanov mərhumu söhbət etmək adı ilə evinə dəvət edib. Sonra da aralarında yaranan mübahisə zamanı boğazını kəsərək qətlə yetirib. Daha sonra polisə gedərək təslim olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin