Təranə Müşviqi tənqid etdi: "Təlxəklik edir"

08:00 - 9 Dekabr 2023

Təranə Müşviqi tənqid etdi:

Müğənni Təranə Qumral aktyor Müşviq Şahverdiyevi tənqid edib.

 

Manset.az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində həyat yoldaşı Musa Musayevi parodiya edən aktyoru təlxək adlandırıb:

"Onların reytinqi bizdən sonra daha çox oldu. Parodiya etdiyin insanı heç olmazsa, yarısı qədər yamsılamağı bacarmalısan. Müşviqi tikanlamışam, qulağına da çatıb. Bir var insan parodiya edir, bir də var Müşviq kimi... O təlxəklik edir. Dəfələrlə özünə də demişəm. İnsan parodiya etməlidir, amma hər şey çərçivə daxilində".

Müğənni Musa Musayev isə parodiya zamanı Müşviqin çərçivədən çıxdığını bildirib: 

"Allah rəhmət eləsin, Xalq artistləri Səyavuş Aslan, Yaşar Nuri, Aruf Quliyev kimi gözəl yumor aktyorlarımız olub. Kimləri parodiya ediblərsə, yerində olub. Müşfiqi çox istiyirəm, amma çərçivədən çıxmaq olmaz".


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin