Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ABŞ-da ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Keçəlinin verdiyi məlumata görə, Fidan da daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Təmas Qrupunun Vaşinqtondadılar.
Fidanın ABŞ tərəfinin tələbi ilə Blinkenlə ikitərəfli görüş keçirəcəyini açıqlayan Keçeli, Fidanın beyin mərkəzlərinin nümayəndələri ilə də görüşməsinin planlaşdırıldığını bildirib.
Öncü Keçeli təmas qrupunun sabah Kanadada görüşlər keçirəcəyini və Kanadanın baş naziri Castin Trudeau və Kanada xarici işlər naziri Melani Coli ilə iki ayrı görüşün planlaşdırıldığını bildirib.
Jalə
Manşet.az