Turan İbrahimov "Space"dən getdi - Səbəbini özü AÇIQLADI

22:35 - 3 Oktyabr 2021

Turan İbrahimov

Aparıcı Turan İbrahimov Space Televiziyasından ayrılıb.

Manset.az xəbər verir ki, bu barədə aparıcı öz sosial şəbəkə hesabında yazıb:

“Əlavə söz-söhbət çıxmasın deyə özüm yazım. Yeni rəhbərliyin təkidli xahişlərinə baxmayaraq bu mövsüm SPACE TV-də olmamaq qərarı vermişəm. Səbəb isə ümumilikdə TV işinə həvəsimin qalmamasıdır. Televiziya mənim üçün hər zaman ikinci iş yeri və hobbi olub. 4-5 il öncəyə qədər mənim üçün ikinci iş kimi sərfəli idi, həm də həvəsim vardı. Hazırda isə , bir daha deyim, TV-yə həvəsim qalmayıb. Həm də TV, xüsusi ilə də özəl TV-lər əksəriyyət peşəkarlar üçün ciddi iş yeri olma özəlliyini itirib. 
Gələcək nə gətirəcək bilmirəm. Amma bu dəqiqə tamam başqa əhvalda və tam başqa gözləntilərdəyəm. 

Hazırda əsas hədəfim öz işlərimi böyütmək, PR, Media və kommunikasiya mütəxəsisi kimi şirkətlərlə əməkdaşlığımı genişləndirməkdir”.
 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin