Dünyanın ən böyük genetik test şirkətlərindən biri olan ABŞ-da yerləşən “23andMe” şirkətinin hakerlər tərəfindən sındırılması nəticəsində 6,9 milyon istifadəçinin məlumatı oğurlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, oğurlanan fayllarda DNT qeydlərinin olmadığı, ailə ağacı, doğum ili və yerləri kimi şəxsi məlumatların olduğu bildirilib.
Hakerlərin ələ keçirdikləri məlumatları müxtəlif forumlarda satışa çıxardıqları iddia edilsə də, hələlik məlumatların cinayət təşkilatları tərəfindən alındığı və ya istifadə edildiyinə dair heç bir sübut yoxdur.
Hakerlər tərəfindən satışa çıxarılan siyahılardan biri də ən azı bir yəhudi əcdadı olan insanların siyahısı idi.Bu, siyahının yəhudilərə qarşı hücumlarda istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Əfsanə
Manşet.az