Dünya üzrə jurnalistləri təmsil edən Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) bu il öldürülən jurnalistlərin sayını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, federasiyanın dərc etdiyi hesabatda bu il dünyada ən azı 94 jurnalistin öldürüldüyü qeyd edilib.
2023-cü ilin son 30 ildə qarşıdurmalarda ən çox jurnalistin öldürüldüyü il olduğu bildirilib.
Jurnalistlər Federasiyası bu il ərzində öldürülən 94 jurnalist və media işçisindən 9-nun qadın olduğunu qeyd edib. Ən azı 393 jurnalist isə saxlanılıb və ya həbs edilib.
Hesabatda adı çəkilən jurnalistlər dən 68-nin Qəzza zolağı və İsraildəki qarşıdurmalarda həlak olduğu bildirilib. Ukraynanın müharibə başlayandan bəri jurnalistlər üçün təhlükəli ölkə olaraq qaldığı və bu il indiyədək 3 jurnalistin öldürüldüyü vurğulanıb.
Əfsanə
Manşet.az