Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Manset.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə müxtəlifcinsli ağacların kəsilməsi faktı təsdiqini tapıb.
Ağacların kim tərəfindən kəsildiyinin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.