COP29-un bağlanış mərasimi keçirilir - CANLI
23 Noyabr 2024
13:50 - 22 İyun 2021
Rusiya hərbçiləri yaxın günlərdə Geqarkunik əyalətinə, Azərbaycan əsgərlərinin yerləşdiyi əraziyə gələcək.
Manset.az xəbər verir ki, belə bir iddia ilə erməni mediasına açıqlamasında Geqarkunik əyalətinin qubernatoru Qnel Sanosyan çıxış edib. O bildirib ki, hazırda üçtərəfli danışıqlarda iştirak etməsə də, administrasiya rəhbəri kimi proseslərdən məlumatlıdır.
O deyib ki, son günlər ərazidə vəziyyət stabildir, sərhəddə heç bir insident yoxdur.
“Hazırda üçtərəfli danışıqlar gedir. Rusiya hərbçilərinin təkcə Geqarkunikdə yox, büün sərhəd boyu – Geqarkunikdən Zəngəzura, Gorusa qədər yerləşməsi müzakirə olunur”, – Sanosyan vurğulayıb.
“Həm biz, həm də Azərbaycan tərəfi hərbi birlikləri geri çəkəcəyik. Bununla da sərhəddə stabillik tam yaranacaq”, – qubernator əlavə edib. //Bakupost.az//
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin