Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanda həmkarı Katerina Sakelaropulu ilə görüşü zamanı Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritisin baş əyməsi kameralara düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkəsində reaksiyalar alan Gerapetrit, canlı yayımda açıqlama verərək yayılan görüntülərə aydınlıq gətirib.
Gerapetrit, "Mən Ərdoğana deyil, prezident Sakelaropuluya baş əydim. Bir dövlət başçısına hər zaman lazım olan hörməti göstərirəm. Cənab Ərdoğanı səhər hava limanında qarşıladım. Görüntülər ortadadır”, deyib.
Əfsanə
Manşet.az