Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş naziri Miçotakisin dəvəti ilə 6 ildən sonra Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Yunanıstana səfər edib.
Manset.az xəbər verir ki, səfər zaman Ərdoğan Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritisin ilə görüşüb.
Yorgos Gerapetritisin görüşdə Ərdoğana baş əyməsi olub.
Sosial şəbəkə istifadəçiləri Yorgos Gerapetritisin Ərdoğanı Prezident Sarayının girişində qarşılayarkən etdiyi jestini hədsiz görüb. Gülərək onu sərt tənqid ediblər.
Gerapetritisin məsləhətçiləri bu təbrikin öz prezidentləri üçün edildiyini bildirərək, tənqidin haqsız olduğunu müdafiə ediblər.
Qeyd edək ki, dünya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afinaya səfərini yaxından izləyib.
Jalə
Manşet.az