ABŞ-da İsrail və Ukraynaya yardımı əhatə edən 105 milyard dollarlıq xərclər paketi Senatda rədd edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Senatda Ukraynaya 61,4 milyard dollar və İsrailə 14,3 milyard dollar yardımı əhatə edən ABŞ-da 105 dollarlıq xərclər paketi tələbinin səsə qoyulub-qoyulmayacağını müəyyən etmək üçün ilkin səsvermə keçirilib.
100 üzvlü Senatda qanun layihəsi səsə qoyulmazdan əvvəl 49 senator “hə”, 51 senator isə “yox” səsini verilib. Bütün respublikaçılar ABŞ-Meksika sərhədində təhlükəsizliyin artırılması üçün daha sərt tədbirlərin görülməsinə dair tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək “yox” deyiblər.
2016-cı il prezident seçkilərində namizəd olan, lakin 2020-ci il seçkilərində yarışdan geri çəkilən və ümumiyyətlə Senatda Demokratlarla birlikdə fəaliyyət göstərən müstəqil senator Bernie Sanders də Respublikaçılarla birlikdə hərəkət edərək “yox” səs verib. Sanders İsrailin baş naziri Netanyahu hökumətinə Fələstin xalqına qarşı “qeyri-insani müharibəni” davam etdirmək üçün heç bir şərt olmadan milyardlarla dollar yardım verilməsinin əleyhinə olduğunu bildirib. Sanders, "İsrailin HƏMAS-a qarşı özünü müdafiə etmək hüququ var. Bununla belə, minlərlə günahsız fələstinli kişi, qadın və uşağı öldürməyə hüquqi və mənəvi haqqı yoxdur" deyib.
Senat çoxluğunun lideri Demokrat Çak Şumer səsvermədən sonra verdiyi açıqlamada Senatda "çox kədərli bir gün" olduğunu söylədi. Ukraynanın məğlub olacağı təqdirdə yarana biləcək risklərə diqqət çəkən Şumer, bunun "21-ci əsr üçün qalıcı nəticələri olacaq ciddi bir an" olduğunu və Qərb demokratiyasının geriləmə riskini daşıdığını bildirib. Şumer bildirib ki, respublikaçılar Ukraynanın Rusiyaya qarşı mübarizədə uğur qazanmasına kömək etmək məsələsində “ciddi olmalıdırlar”. Demokratların respublikaçıların təkliflərini müzakirə etməyə hazır olduğunu bildirən Şumer, danışıqların davam etdirilməsi üçün respublikaçıları hazırkı təklifi müzakirə etməyə və öz təkliflərində dəyişiklik etməyə çağırıb.
Jalə
Manşet.az