BBC xəbər aparıcısı Məryəm Moşiri canlı yayımda kameranın onu çəkmədiyini düşünərək orta barmağı ilə işarə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha sonra canlı yayımda olduğunu son anda anlayan Məryəm dərhal əlini aşağı salaraq xəbəri ciddi şəkildə təqdim etməyə başlayıb.
Hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub.
Bəzi sosial media istifadəçiləri aparıcının bu hərəkətini qeyri-peşəkar hesab etsə də, digərləri iş stresinə diqqət çəkib.
Əfsanə
Manşet.az