Şərurda İran vətəndaşına məxsus "TIR" aşıb

10:47 - 07 Dekabr 2023

Şərurda İran vətəndaşına məxsus \"TIR\" aşıb

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda "TIR" aşıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

İran vətəndaşı Fathalizadeh Omid idarəetməni itirərək 60AA251/60AA252 qeydiyyat nişanlı "TIR"ı aşırıb. Qəza nəticəsində sürücü yüngül xəsarətlər alıb, yük ətrafa dağılıb.

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv