Mətanətin keçmiş gəlini: “Qızıma deyirlər ki, sənin anan...” - VİDEO

23:30 - 6 Dekabr 2023

Mətanətin keçmiş gəlini: “Qızıma deyirlər ki, sənin anan...” - VİDEO

"Mən o boyda mülkdən imtina etdim ki, övladlarım yanımda qalsın. Gəlib məni şantaj etdilər ki, sənin gözəllik salonunu bağlayacayıq və sən işsiz qalacaqsan. Mən boynuma alıram ki, səhv etmişəm. Bu isə ən böyük səhvim olub. Vəkilim belə şoka düşdü ki, sən 350 min manatdan imtina etdin. Qarşı tərəf məni aldatdı, dedi ki, sənə ev verəcəyik və sən orada uşaqlarınla qalacaqsan. Ona bu addımımla sübut etdim ki, mən mülk üçün deyil, övladlarım üçün yaşayıram. İndi isə uşaqlarımın haqqını tələb edirəm".

 

Manset.az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Mətanətin keçmiş gəlini bildirib ki, keçmiş həyat yoldaşı Kərim qızlarına söyləyib ki, sənin anan Canana yox indiki xanımı Ayseldir: "Qızım gecə saat 3-də məni görüntülü zəng vurub dedi ki, ana səni polisə verərəcəklər. Sənin bundan xəbərin olsun. Qızıma atası Kərim deyir ki, sənin anan Canana yox Ayseldir (Kərimin ikinci həyat yoldaşı - red.) Bunların hamısının da səs yazıları var".

Keçmiş həyat yoldaşı Kərimin xanımının övladlarını evə buraxmadığı ilə bağlı qalmaqallı məsələdən söz açan Canana bildirib ki, Mətanət İsgəndərli onu aldadıb: "Mən öz adımdan bütün dövlət qurumlarından xahiş edirəm ki, bu işə ciddi yanaşsınlar. Mətanət xanım olmasa, keçmiş həyat yoldaşım Kərim övladlarını çölə atacaq. Ora mənim övladlarımın evidir. O uşaqlar aylarla, illərlə o evi gözləyirlər. Onlar təzə evi gözləyirdilər. Mətanət xanım mənə demişdi ki, o evdə nəvələrimlə özüm qalacağam. Mən də söylədim ki, uşaqlarım səninlə qalsınlar. Amma o ögey ana o evə gəlməsin. Mənim xəbərim olmayıb ki, o evdə ögey ana qalır. Mətanət xanım isə məni aldadıb. Mən sonradan bilmişəm ki, gəlin orada qalır. Oğluma da söylədim ki, sən bunu mənə niyə öncədən demirdin?

Əvvəllər uşaqlarım Mətanət xanımla qalırdı. O dedi ki, təmir bitsin, nəvələrimlə yeni evə köçəcəyik. Mətanət xanıma söylədim ki, özüm üçün sizdən heç nə istəmirəm. Var-dövlət maraqlı deyil. Uşaqlarımın xoşbəxt olmaları, xoş gün görmələri maraqlıdır. Dəfələrlə özünə də demişəm ki, biz mehriban olanda, uşaqlarım da bundan sevinir". 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin