"Marsel"in sabiq prezidenti öldü

13:58 - 3 Oktyabr 2021

Fransalı iş adamı və siyasətçi Bernard Tapi 78 yaşında vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bernard Tapi Avropa Parlamentinin deputatı olub. 1992-ci ildə şəhər işləri naziri təyin edilib.

1986-1994-cü illərdə "Marsel" futbol klubunun prezidenti, 1990-1993-cü illərdə "Adidas" şirkətinin sahibi olub.

2017-ci ildən Tapi mədə xərçəngi ilə mübarizə aparırdı. Son aylarda vəziyyəti tədricən pisləşmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin