Kommunal xidmətlər xəbərdarlıq etmədən dayandırıla bilər? - VİDEO

11:30 - 3 Oktyabr 2021

Kommunal xidmətlər xəbərdarlıq etmədən dayandırıla bilər? - VİDEO

Kommunal xidmətlərlə bağlı hər ay vətəndaşlara sərfiyyata dair bildirişlər verilir. Bəzən ödənişlərin gecikdirilməsi və borcların yığılıb qalması halları qeydə alınır. Bəs abonentə verilən su, qaz və digər kommunal xidmətlər nə zaman dayandırıla bilər? Borc nə qədər olmalı və ya neçə müddət ödənməməlidir ki, vətəndaşın kommunal xidmətləri kəsilsin. Aidiyyəti qurumlardan suallarımıza cavab almışıq.

Manset.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, abonentə göstərilən kommunal xidmətlər yalnız yüksək məbləğdə borc olduqda dayandırılır.

Bununla bağlı xidmət göstərən bir sıra qurumların mövqeyi eynidir. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, borca görə suyun kəsilməsi halları qanunvericilikdə nəzərdə tutulub. Cari ayın borcu ilə bağlı vətəndaşa bildiriş təqdim olunanda onun üzərində yazılan xüsusi qeydlə vətəndaşdan borcu ödəməsi xahiş olunur. Əgər vətəndaş borcu ödəmirsə, növbəti ayın bildirişində vətəndaşdan tələb olunur ki, ötən ayın borcu ödənsin.

Anar Cəbrayıllı onu da qeyd edib ki, borcu yüksək olan vətəndaşlara güzəştlər də edilir.

"Azəriqaz"ın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, borcun vaxtında ödənməsi hər bir abonentin üzərinə düşən öhdəlikdir. Əks halda vətəndaşa bu barədə xəbərdarlıq edilir.

Bir ay müddətində abonent heç bir ödəniş etmirsə, mavi yanacağın verilişi dayandırılır.

Abonent borcunu ödədikdən dərhal sonra mavi yanacağın verilməsi təmin olunur.

Abonentə elektrik enerjisinin verilməsi isə ona sayğac göstəricisi təqdim edildikdən sonra bir ay müddətində tam məbləğdə ödəniş olmadıqda dayandırılır.

"Elektrik enerjisinin dayandırılmasına əsas olan borc məbləğinin minimum və ya maksimum həddi normativ hüquqi aktlarla müəyyən edilməyib",- deyə Vaqif Aydınoğlu qeyd edib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin