Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladıldı

13:23 - 22 İyun 2021

Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladıldı

Ermənistan Respublikaçılar Partiyasından keçmiş deputat Miqran Akopyanın avtomobili qumbara ilə partladılıb.

Manset.az  xəbər verir ki, bu barədə sabiq deputatın özü “Sputnik Armeniya”ya məlumat verib.

Onun sözlərinə görə, hadisə səhər saat 9.30 radələrində baş verib: “Partlayış nəticəsində mənim və qonşumun maşını zədələnib”.

Keçmiş deputat hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirib.

Qeyd edək ki, Miqran Akopyan “Kvartet Media” şirkətinin həmtəsisçisi, keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi “Şərəf duyuram” seçki blokunun fəallarındandır. Akopyan 2017-ci ilin aprelindən 2018-ci ilin dekabrınadək deputat olub.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin