Pqueen kimi tanınan məşhur Twitch yayımçısı Pelin Baynazoğlu son videosunda sevənlərini kədərləndirib.
Manset.az xəbər verir ki, Baynazoğlunun paylaşdığı videoda döş xərçəngi olduğunu açıqlayıb.
O, noyabr ayında özünün etdiyi müayinə zamanı sinəsində kütlə görüb, və dərhal peşəkar həkimlərdən kömək istəyib.
Erkən diaqnoz sayəsində uğurlu əməliyyatdan sonra Pqueen sağalma prosesində olduğunu qeyd edib. Müalicə prosesi ilə bağlı təfərrüatları paylaşan məşhur fenomen xərçəngin çox erkən mərhələdə aşkarlandığını və kimyaterapiya kimi aqressiv müalicələrə ehtiyac olmadığını bildirib.
İzləyicilərinə xitabən Pqueen döş xərçəngi ilə bağlı maarifləndirmək istədiyini ifadə edərək, 30 yaşdan yuxarı qadınların mütəmadi olaraq müayinələrə getməsi lazım olduğunu və erkən diaqnozun həyat qurtara biləcəyini vurğulayıb,
Pqueen, peşəkar tibb işçiləri ilə müntəzəm müayinələrin, eləcə də əl ilə müayinənin vacib olduğunu deyib.
Jalə
Manşet.az