Baxış sayı almaq üçün qəsdən təyyarəni qəzaya uğradan Youtuberə bu cəza verildi

15:12 - 5 Dekabr 2023

Baxış sayı almaq üçün qəsdən təyyarəni qəzaya uğradan Youtuberə bu cəza verildi

Baxış sayı əldə etmək üçün təyyarəni qəsdən qəzaya uğradan və açıqlamasında hadisənin qəza olduğunu bildirən amerikalı Youtuber həbs cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, video qısa zamanda milyonlarla insan tərəfindən izlənilib. Lakin 30 yaşlı Trevor Yakob adlı Youtuber 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kaliforniyadakı federal prokurorluğu bildirib ki, Yakob bu cinayəti özü üçün sosial media və xəbərləri işıqlandırmaq və maddi qazanc əldə etmək üçün törədib.

2021-ci ilin dekabrında baş verən hadisədə Yakob əlindəki selfi çubuğu ilə təyyarədən tullanaraq paraşütlə yerə endiyi anların görüntülərini paylaşmışdı. Təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra qəzaya uğrayıb.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin