Tramp məhkəmədən tviter  hesabının bərpasını istədi

09:01 - 3 Oktyabr 2021

Tramp məhkəmədən tviter  hesabının bərpasını istədi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəmədən sosial şəbəkələrə qarşı ümumi iddianın bitməsini gözləmədən tviter hesabının bərpa edilməsini istəyib.

Manset.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Florida məhkəməsinə göndərilən sənəddə deyilir.

Sənədə görə, iddiaçı Donald Tramp məhkəmədən tviter sosial media platformasına çıxışının bərpa edilməsi barədə ilkin qərar çıxarmasını tələb edir".

Xatırladaq ki, bu ilin mayında tviter Donald Trampın saytından məlumatları yenidən paylaşan akkauntu bloklayıb. Bundan əvvəl isə tviter, feysbuk və digər sosial şəbəkələr yanvarın 6-da Vaşinqtonda baş verən iğtişaşlar barədə bəyanatlarına görə Trampın səhifələrini bloklamışdı.



Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin