“Türkiyə ilə çoxlu maraqlı layihələrimiz və ortaq işimiz var” - Putin

11:24 - 05 Dekabr 2023

“Türkiyə ilə çoxlu maraqlı layihələrimiz və ortaq işimiz var” - Putin

Rusiya prezidenti Vladimir Putin Rusiyada vəzifəyə başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçi Kreml Sarayında qəbul edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin görüşdə Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirib.  Putin, “Bizim də ticarət və yüksək texnologiya sahələrində çoxlu maraqlı layihələrimiz və ortaq işlərimiz var” deyib.  

Həmçinin, prezident Ərdoğanla daim təmasda olduğunu və bu təmaslar zamanı ikitərəfli əlaqələrlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini bildirib:

"Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və uzun illər ərzində müxtəlif sahələrdə qazanılan təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir”.     

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az