“Türkiyə də daxil olmaqla xaricdəki Həmas yaraqlılarını ələ keçirəcəyik” - İsrail

17:18 - 4 Dekabr 2023

“Türkiyə də daxil olmaqla xaricdəki Həmas yaraqlılarını ələ keçirəcəyik” - İsrail

İsrailin Daxili Kəşfiyyat İdarəsinin rəhbəri Ronen Bar Həmas yaraqlılarını xaricdə, o cümlədən Türkiyədə tutmağa söz verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ronen Bar bu barədə İsraildə yayımlanan Kan TV-yə açıqlama verərkən deyib.

Ronen Bar 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiya oyunlarında Fələstinin Qara Sentyabr qruplaşması üzvlərinin 11 israilli idmançını öldürdüyü hücumu xatırladıb.

Bar: “Kabinet bizə bir hədəf qoydu. Küçə dilində HƏMAS-ı məhv etmək. Bu bizim Münhendir. Bunu hər yerdə, Qəzzada, İordan çayının qərb sahilində, Livanda, Türkiyədə, Qətərdə edəcəyik. Bu, bir neçə il çəkəcək, lakin biz bunu həyata keçirmək üçün orada olacağıq" deyib.

Əfsanə

Manşet.az


Xəbər xətti

15 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin