Merapi vulkanı püskürdü: 11 alpinist öldü, 12-i itkin düşdü

17:03 - 4 Dekabr 2023

Merapi vulkanı püskürdü: 11 alpinist öldü, 12-i itkin düşdü

İndoneziyanın Sumatra adasında Merapi vulkanının püskürməsi nəticəsində 11 alpinist həyatını itirib, 12 alpinist isə itkin düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qruplar itkin düşdüyü bildirilən 12 alpinistin axtarışlarını davam etdirir.

Ştatın paytaxtı Padanqdakı yerli Axtarış və Xilasetmə İdarəsinin rəsmisi Hari Aqustian qeyd edib ki, dekabrın 2-də dağa qalxmağa başlayan təxminən 75 alpinistdən 52-si xilas edilib, onlardan 8-i bədən xəsarətləri səbəbindən xəstəxanaya yerləşdirilib.

Ölkədəki Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi dünən Merapi vulkanının təxminən 3 kilometr yüksəkliyə kül səpdiyini və isti kül buludlarının şimala doğru irəlilədiyini açıqlayıb.

Bildirilib ki, səlahiyyətlilər aktivliyin artması səbəbindən bir neçə həftədir ki, yanvar ayından aktiv olan Merapi vulkanını "yaxından izləyir".

"Sakit okean atəş halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin