Meksikanın Xalisko ştatının Melaque şəhərində bir qadın köpəkbalığının hücumu nəticəsində ölüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 26 yaşlı qadın qızı ilə sahildən təxminən 25 metr aralıda şişmə su parkına tərəf üzərkən köpək balığı onun ayağını dişləyib. Kiçik oğlanın hadisədən yara almadan xilas olduğu, anası isə sürətli müdaxiləyə baxmayaraq qan itkisindən dünyasını dəyişdiyi bildirilib.
Hadisədən sonra səlahiyyətlilər ehtiyat tədbiri olaraq şəhərə və ətraf çimərliklərə girişi qadağan edib.

Əfsanə
Manşet.az