İfrat sağçı liderlərin maraqlı saç düzümləri... "Populizm simvolu"

16:07 - 4 Dekabr 2023

İfrat sağçı liderlərin maraqlı saç düzümləri...

Britaniyanın “Observer” qəzetində Andrew Enthony tərəfindən dərc olunan məqalədə ifrat sağçı liderləri birləşdirən maraqlı saç üslublarına diqqət yetirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məqalədə ifrat sağçı liderlərin "havalı" saç stilləri populist siyasətləri arasında bir bağ olduğu bildirilib.

Beləki, Argentinanın yeni prezidenti Xavyer Miley, Hollandiya seçkilərində sürpriz şəkildə görünən Geert Wilders, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İngiltərənin keçmiş baş naziri Boris Conson bu siyahiya əlavə edilib.

Qəzet Britaniyanın keçmiş nazirlərindən Rori Stüartın “Populizm tamamən saçdan ibarətdir” açıqlamasına toxunub və 4 sağçı liderin saç düzümü ilə diqqət çəkməsinin təsadüf olmadığını qeyd edib.

Məşhur moda jurnalı Vogue-un keçmiş redaktoru Alexandra Shulmanın "Saçı həddindən artıq səliqəli olan bir kişidən daha şübhəli bir şey yoxdur. Dağınıq saçlar sizi çox məşhur insan edər" sözlərinə istinad da edilib. 

Londondakı Queen Mary Universitetinin Siyasi Elmlər üzrə professoru Tim Bale bildirib ki, bütün siyasətçilərin brendi var, lakin xüsusilə populist siyasətçilər öz brendlərini “havalı” saçları ilə tamamlamaq istəyirlər.

Əfsanə

Manşet.az


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin