İki ölkə arasında torpaq savaşı getdikcə böyüyür

15:32 - 4 Dekabr 2023

İki ölkə arasında torpaq savaşı getdikcə böyüyür

Venesuela xalqı qonşu ölkə Qayana ilə mübahisəli olan Esekibo bölgəsi üçün keçirilən referenduma "böyük" dəstək verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Venesuela xalqı dünən keçirilən Həmrəylik Referendumunda 96 faiz lehinə səs verərək, Esekibo bölgəsi ilə bağlı hökumətə "tam" dəstək verib.

Milli Seçki Şurasının (CNE) prezidenti Elvis Amoroso keçirdiyi mətbuat konfransında bildirib ki, qeyri-müəyyən nəticələrə görə, həmrəylik referendumunda əhalinin 96 faizi “hə” səsini verib.

Referendumda ictimaiyyətin 5 suala “bəli” və ya “xeyr” seçdiyini qeyd edən Amoroso, bəli nisbətinin yüzdə 96 civarında olduğunu bildirib.

Amoroso, təxminən, 10 milyon 554 min 320 adamın sandıq başına getdiyini bildirib.

Prezident Nikolas Maduro kütləvi mitinqdəki çıxışında referendumu dəstəkləyən Venesuela xalqını təbrik edib. Maduro bu gün Venesuelada hər kəsin qalib gəldiyini ifadə edib. Məğlub olan yeganə şəxsin Amerikanın neft şirkəti ExxonMobil olduğunu bildirib.

Qeyd edək ki, Venesuela və Qayana arasında Esekibo bölgəsi mübahisəsi Qayana müstəqillik əldə etməzdən əvvəlki dövrə gedib çıxır.

Əfsanə

Manşet.az


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin