“Qarabağ” “Qəbələ”yə qarşı

10:27 - 04 Dekabr 2023

“Qarabağ” “Qəbələ”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Son oyunda “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bu oyunda qalib gəlməklə əsas izləyicilərindən daha da uzaqlaşacaq.

Bu turun “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. “Kəpəz” “Sabah”a 0:2 hesabıyla uduzubsa, “Neftçi” “Zirə”ni 1:0 məğlub edib.

Azərbaycan Premyer Liqası
15-ci tur
4 dekabr

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv