Polşa Ukraynaya özüyeriyən haubitsalar VERƏCƏK

20:25 - 03 Dekabr 2023

Polşa Ukraynaya özüyeriyən haubitsalar VERƏCƏK

Polşa Ukraynaya 50-dən çox “Krab” özüyeriyən haubitsasını təhvil verməyi planlaşdırır.

 

Manset.az xəbər verir ki, bu barədə PAP agentliyi məlumat yayıb.

AHS Krab, Huta Stalowa Wola SA tərəfindən istehsal edilmiş tırtıllı şassi üzərində özüyeriyən haubitsadır. Polşa artıq Polşa ordusunun ehtiyatlarından Ukraynaya 18 belə maşın verib.

Məlumata görə, Kiyev və Varşava arasında bu özüyeriyən qurğulardan 56-nın istehsalı və təhvil verilməsi üçün də müqavilə imzalanıb.

Ukrayna Müdafiə Nazirliyi artıq silahlara görə Varşavaya təşəkkür edib. Onlar Polşanın özüyeriyən silahlarını “qələbə silahları” adlandırırlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv