Bakının Nəsimi rayonu, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsindəki yolda məhdudiyyət tətbiq edilib.
Bu barədə Manset.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Buna səbəb qeyd olunan prospekt ilə kəsişmədən Puşkin küçəsi ilə kəsişməyə qədər yolda təmir işlərinin aparılmasıdır.
"Sürücülərdən nəzərə almaları xahiş edilir", - Mərkəzdən bildirilib.