Şabranda keçmiş məhkum evlərdən 30 min manatlıq oğurluq etdi

14:15 - 2 Oktyabr 2021

Şabranda keçmiş məhkum evlərdən 30 min manatlıq oğurluq etdi

Şabran rayonunda evlərdən oğurluq olub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5 300 manat, digər evdən isə 24 952 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin