“Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir” - Millət vəkili

12:46 - 22 İyun 2021

“Elektrik sayğacları ilə bağlı bizə çox sayda şikayət gəlir” - Millət vəkili

“Energetika sistemində çox böyük problemlər var”.

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.Deputat bildirib ki, ən böyük problem isə sayğaclarla bağlıdır: “Bununla bağlı bizə çox sayda şikayət gəlir. Yeni qanunda ağıllı sayğac anlayışından bəhs edilir. Ümumiyyətlə, aydınlıq gətirilməlidir ki, köhnə sayğaclar dəyişdiriləcəkmi?”


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin