Esra Ezmeci 15 il mübarizə apardığı xəstəliyə bu cür qalib gəldi

23:16 - 01 Dekabr 2023

Esra Ezmeci 15 il mübarizə apardığı xəstəliyə bu cür qalib gəldi

Türkiyədə "Haber bahane" proqramına qonaq olan məşhur psixoloq Esra Ezmeci 15 il epilepsiya ilə mübarizə apardığını və uşaqlığına aid bir çox anları xatırlamadığını söyləyib. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ezmeci doğuşdan sonra epilepsiyaya qalib gəldiyini bildirib. 

Kalaycıoğlunun "Xoşbəxt uşaqlığınız olubmu?" sualına Ezmeci, "Müasir bir ailəm var idi. Bilmirəm niyə, amma uşaqlıqda həddindən artıq emosional idim. Məsələn, atam nağıl danışarkən yüksək səslə ağlayırdım. 8 yaşında bir dəfə huşumu itirdim və epilepsiya xəstəsi olduğumu öyrəndik. Bu, mənim ən böyük dönüş nöqtələrimdən biri idi. 15 ildir ki, epilepsiya xəstəsiyəm. Bu, həyatımı çox çətinləşdirirdi. Hər dəfə huşunu itirəndə çoxu şeyi unudursan. Məktəbi bitirə bilməyəcəyindən qorxursan. Psixoloji sıxılma, depressiya...” deyə cavab verib. 

Əfsanə
Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv