Komitə sədri əlillik meyarları ilə bağlı dəyişikliklərin qüvvəyə minəcəyi TARİXİ AÇIQLADI

12:33 - 22 İyun 2021

Komitə sədri əlillik meyarları ilə bağlı dəyişikliklərin qüvvəyə minəcəyi TARİXİ AÇIQLADI

“Əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq”.

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.Deputat bildirib ki, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80% əlillik kimi qiymətləndirilir: “Dərəcələr arasındakı qiymətləndirmə 1% aralığı ilə deyil, 5% aralığı ilə diferensiallaşdırılacaq. Əlilliyin müəyyən edilməsi meyarları layihəsi üzərində deputatların təklifi ilə iş aparılması müvafiq nazirliyə deyilib. Komitə hesab edir ki, əlillik meyarlarının dəqiqləşdirilməsi, icbari tibbi sığorta həkimlərinin treninqlərə cəlb edilməsi, proqram təminatının həyata keçirilməsi üçün qarşıdakı 5 ay kifayət etməyəcək. Qanuna edilən dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi məqsədə müvafiq hesab edilib. Bu, Prezident Administrasiyasının müvafiq şöbəsi ilə də razılaşdırılıb. Əvvəl dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu”.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin