Meryem Üzərlinin ərəb üslubu tərzi bəyənilmədi

16:21 - 1 Dekabr 2023

Meryem Üzərlinin ərəb üslubu tərzi bəyənilmədi

Səudiyyə Ərəbistanında keçirilən Qırmızı Dəniz Beynəlxalq Film Festivalına qatılan türkiyəli aktrisa Meryem Üzərli qırmızı, dekolteli gecə paltarı geyinərək başını örtüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisanın üslubu heç bəyənilməyib.

Üzərlinin qırmızı xalça tərzi izləyicilərini iki yerə bölüb. Sosial media istifadəçilərinin çoxu aktrisanın geyimini əlaqəsiz adlandırıb. Aktrisa mərasimə qatılan Burak Özçivitlə bir araya gələrək poza verməyi də unutmayıb.

Qeyd edək ki, uzun illər əvvəl “Muhteşem Yüzyıl” serialındakı rolu ilə geniş pərəstişkar kütləsi toplayan Üzərli tükənmişlik sindromu olduğunu deyərək ölkədən getmişdi.

Arabistan'da törene katılan Meryem Uzerli başını kapattı! Tarzını görenler ikiye bölündü,

Arabistan'da törene katılan Meryem Uzerli başını kapattı! Tarzını görenler ikiye bölündü,

Əfsanə

Manşet.az

 


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin