“İran dronu körfəzdə Amerika donanmasına təhlükəli şəkildə yaxınlaşıb” - ABŞ

16:04 - 1 Dekabr 2023

“İran dronu körfəzdə Amerika donanmasına təhlükəli şəkildə yaxınlaşıb” - ABŞ

“Noyabrın 28-də İrana məxsus pilotsuz uçuş aparatı ABŞ-ın “Dwight Eisenhower” təyyarədaşıyan gəmisi yaxınlığında təhlükəli və qeyri-peşəkar hərəkətlər edib”.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının komandiri Bred Kuper deyib.

Onun sözlərinə görə, İran bununla bağlı edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayıb.

Bred Kuper bildirib ki, İranın bu addımı nəticəsində insan itkisi olmayıb və ABŞ təyyarələrinə də zərər dəyməyib.  

Əfsanə

Manşet.az


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin